“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə xaricdə əldə olunmuş kvalifikasiyaların son peşə tanınması imtahanında uğur göstəricisi 44 faiz olub.
24media.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə məlumat verib.
O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 19-da keçirilən peşə tanınması imtahanında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə iştirak edən namizədlərin 66 faizi uğursuz nəticə göstərib. Belə ki, imtahanda iştirak edən 29 nəfərdən 19-u müvəffəqiyyət qazana bilməyib, yalnız 10 müraciətçi imtahandan uğurla keçib.
TKTA sədri qeyd edib ki, qeydə alınan uğursuz nəticələrin böyük hissəsi Ukrayna və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin məzunlarına aiddir. Bu ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Ukraynada Ukrayna Milli Mülki Müdafiə Universitetində, Rusiya Federasiyasında isə Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetində əldə ediblər.
Fatimə Hüseynova
