Bu gün:

Qlobal bazarlarda neft qiymətləri yüksəlişə keçib


Dünya enerji bazarlarında neft qiymətlərində mülayim artım qeydə alınıb. 

24Media.az xəbər verir ki, Londonun “ICE” qitələrarası birjasında keçirilən son ticarət sessiyasında “Brent” markalı neftin 2026-cı ilin fevral ayı üzrə fyuçers müqaviləsinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,06 faiz artaraq bir barel üçün 62,26 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, ABŞ-ın Nyu-York şəhərində yerləşən “NYMEX” əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə “WTI” markalı xam neftin fyuçerslərinin qiyməti də artım nümayiş etdirib. Belə ki, “WTI” neftinin bir bareli 0,12 faiz bahalaşaraq 58,42 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Analitiklərin fikrincə, qiymət artımı qlobal enerji bazarlarında tələbin bərpası ilə bağlı gözləntilər, eləcə də OPEC+ ölkələrinin hasilat siyasətinə dair ehtiyatlı mövqeyi fonunda baş verir. Bundan əlavə, ABŞ-da neft ehtiyatları ilə bağlı proqnozlar və beynəlxalq bazarlarda risk iştahının qismən artması da qiymətlərə dəstək verən amillər sırasında göstərilir.


Sona Osmanova

Paylaş
Şərh əlavə et