Bu gün:

“BeKind” təsisçisi: "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək vacibdir"


Yeni il ərəfəsində “Ana Məktəb” uşaq bağçasında xeyriyyə məqsədli yarmarka təşkil olunub. Tədbir zamanı bağçanın tərbiyəçiləri və valideynlər tərəfindən ev şəraitində hazırlanan təamlar qonaqlara təqdim edilib və əldə olunan vəsait xeyriyyə məqsədi ilə toplanıb.

24media.az, AZƏRTAC-a istinadən xəbər verir ki, yarmarkadan əldə edilən bütün vəsait “BeKind” cəmiyyətinə ianə olunub. Toplanan məbləğ cəmiyyət tərəfindən xüsusi inkişaf xüsusiyyətləri olan uşaqları böyüdən ehtiyaclı ailələrə ərzaq məhsulları üçün hədiyyə kuponları şəklində paylanılıb.

“BeKind” cəmiyyətinin təsisçisi Şirin Rzayeva bildirib ki, bu cür təşəbbüslər xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələri üçün böyük mənəvi dəstəkdir. Onun sözlərinə görə, bu uşaqlara diqqət və qayğı göstərmək təkcə ailələrin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et