Bu gün:

Yeni il günlərində ev heyvanlarının itmələrinin əsas səbəbi


2024–2025-ci illərin Yeni il tətilində Rusiyada 6 740 ev heyvanı itib. Saratov vilayətində bu dövrdə 70 ev heyvanı, 38 it və 32 pişik, itkin düşüb. Bu barədə heyvan axtarışı xidməti “Pet911” məlumat verib.

Bu il qeyd olunan xidmətin məlumatına görə, ölkə üzrə itkilərin 7 faiz artması gözlənilir ki, bu da 7 200-dən çox ev heyvanının itməsi deməkdir.

"Əsas səbəb - atəşfəşanlıqlar və partlayıcı pirotexnika vasitələridir, onlar ev heyvanlarında panika və qaçmaq instinktini oyadır," - deyə könüllülər bildiriblər.

Mənbə: saratovnews.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et