Şimali Karolinada yaşayan Linda Rocers üçün qızının ad günü unudulmaz olub. Denton şəhər sakini olan qadın həmin gün lotereyada 161 929 dollar məbləğində böyük uduş qazanıb.

Hadisə dekabrın 24-də baş verib. Linda Rocers qızının ad günü münasibətilə şəhərdəki East Salisbury küçəsində yerləşən Mobil Mart mağazasına gedərək cəmi 2 dollara “10X The Cash Fast Play” adlı lotereya bileti alıb. Sonradan bu biletin cekpot qazandıran bilet olduğu məlum olub.
Linda Rocers bu hadisəni böyük bir nemət adlandırıb. Onun sözlərinə görə, bu qələbə qızının ad gününü daha da xüsusi edib. Qadın bildirib ki, uzun müddətdir belə bir qələbə arzulayırmış və bu uduş onun həyatı üçün böyük dəyişiklikdir.
Qazandığı pulla yeni avtomobil almağı və bu vəsaiti ailə üzvləri ilə, xüsusilə də ad günü olan qızı ilə paylaşmağı planlaşdırır. Linda Rocers hələ də baş verənlərin onun üçün hələ də inanılmaz kimi göründüyünü bildirib.
Mənbə: Upi news
Tərcümə etdi: Aydan Xudayarova
