Bu gün:

Ukraynalı qaçqın kolleci tərk edib


Ukraynalı qaçqın Katerina Endeberiya Böyük Britaniyada oxuduğu sixth-form kollecində Rus dili təhsilinə yönləndirildiyini deyərək, bu tələbi “ağrılı və həssaslıqsız” adlandırıb və təhsilini yarımçıq qoyub.

Kateryna Endeberiya bildirib ki, digər fənlərdə çətinlik yaşadığı vaxt müəllimlər bu “incidici” tələbi irəli sürüblər.

Katerina Endeberiya Rusiyanın Ukraynaya qarşı işğalına başladığı 2022-ci ildən sonra ölkəsindən qaçaraq Stok-on-Trent şəhərinə köçüb.

O, 2023-cü ildə The Excel Academy-də GCSE imtahanlarını verib, daha sonra City of Stoke-on-Trent Sixth Form College-də (SFC) hazırlıq ilini başa vurub və bir il ərzində iqtisadiyyat, siyasət və statistika fənlərini oxuyub.

Lakin 19 yaşlı Endeberiya deyib ki, fənlər üzrə çətinliklərlə üzləşəndə müəllimlər onu bunun əvəzinə Rus dili oxumağa razı salmağa çalışıblar.

Atasının Ukrayna əsgəri olduğunu bildirən Endeberiya bunun onun üçün travmatik ola biləcəyini deyib və bu tələbi “incidici və həssaslıqsız”, həmçinin “ayrı-seçkilik və irqçiliklə eyni səviyyədə” qiymətləndirib.

Endeberiya bundan sonra SFC-ni tərk edib və hazırda dostlarının paylaşdığı qeydlərdən istifadə edərək evdə hazırlaşıb. O, 2026-cı ildə A-level imtahanlarını özəl namizəd kimi vermək üçün müraciət edib və bunun 1 400 funt sterlinqə başa gələcəyini bildirib.

O, The Guardian qəzetinə bildirib: "Rus dili oxumaq şəxsi prinsiplərimə ziddir, çünki 2014-cü ildə müharibənin başladığı Donetskdə doğulmuşam. Bu, danışmaq və ya öyrənmək istədiyim bir dil deyil, çünki atam ötən il əsgər olub”.

O, əlavə edib: “Böyük Britaniyada təhsil almaq imkanı verdiklərinə görə həqiqətən minnətdaram – bura Ukrayna və ilk köçdüyüm Çexiyadan sonra üçüncü evim kimi hiss olunur. Hamı başa düşmür ki, ölkəmizin yaşadıqlarından sonra ukraynalı tələbələr üçün yeni təhsil sisteminə, mədəniyyətə və dilə uyğunlaşmaq nə qədər çətin ola bilər”.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et