Təhsil tələbə krediti (TTK) üzrə ən çox maliyyə ayrılan 10 ixtisas arasında “Biznesin idarə edilməsi” ixtisası ilk sırada yer alıb. Bu sahə üzrə 4 647 müqavilə bağlanıb və tələbələr üçün ümumilikdə 5 milyon 352 min 664,30 manat TTK vəsaiti ayrılıb.
24media.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyəti ilə bağlı keçirilən hesabat tədbirində məlumat verib.
Onun sözlərinə görə, siyahıda ikinci pillədə qərarlaşan “Sosial iş” ixtisası üzrə 2 203 müqavilə rəsmiləşdirilib və bu istiqamətdə 1 milyon 931 min 211 manat maliyyə təminatı ayrılıb.
Üçüncü yerdə isə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası qərarlaşıb. Bu ixtisas üzrə 2 434 tələbə TTK-dən yararlanıb, ayrılan ümumi vəsaitin həcmi 1 milyon 930 min 330,25 manat təşkil edib.
Ən çox maliyyələşdirilən ixtisaslar sırasında, həmçinin “İqtisadiyyat” (1 840 müqavilə - 1 milyon 687 min 842,43 manat), “Hüquqşünaslıq” (989 müqavilə - 1 milyon 555 min 864,28 manat) və “İbtidai sinif müəllimliyi” (1 989 müqavilə - 1 milyon 551 min 785,25 manat) də yer alıb.
Bundan başqa, TTK üzrə yüksək vəsait ayrılan digər ixtisaslar “Marketinq” (1 518 müqavilə - 1 milyon 367 min 213,69 manat), “Menecment” (1 241 müqavilə - 1 milyon 309 min 165,44 manat), “Maliyyə” (1 361 müqavilə - 1 milyon 242 min 724,52 manat) və “Tibb” (668 müqavilə - 1 milyon 203 min 35,25 manat) olub.
Fatimə Hüseynova
