Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı və tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibətilə virtual formatda və eyni adlı ənənəvi kitab sərgisi təşkil olunub.

24media.az xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotoşəkillər, yazıçının müəllifi olduğu əsərlər, “Ön söz” yazdığı və redaktorluğunu etdiyi nəşrlər, eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş kitablar və dövri mətbuatda dərc edilmiş məqalələr yer alır.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yusif_Semedoglu/index.htm linki vasitəsilə baxa bilərlər.
Fatimə Hüseynova
