Bu günlərdə yazıçı Vaqif Sultanlının məşhur “İnsan dənizi” romanı yenilənmiş nəşr şəklində çapdan çıxıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, əsərdə XX əsrin 80-ci illərində baş verən hadisələr fonunda ölüm hökmündən yayınaraq ucqar bir şəhərdə gizli həyat sürən baş qəhrəmanın taleyi təsvir olunur. Roman imperiya ideologiyasının cəmiyyətin mənəvi dəyərlərinə təsirini və bunun doğurduğu sosial-əxlaqi problemləri bədii şəkildə əks etdirir.
Əsərdə real və metaforik üslubun vəhdəti müəllifə dövrün açıq şəkildə ifadə olunmayan həqiqətlərini üzə çıxarmağa imkan verir. Xüsusilə insanın özgələşməsi və mənəvi aşınma problemi romanda fərqli baxış bucağından təqdim olunur.
Qeyd edək ki, “İnsan dənizi” romanı ilk dəfə 1991-ci ildə nəşr edilib, sonrakı illərdə dəfələrlə yenidən çap olunub və müxtəlif dillərə tərcümə edilərək bir sıra ölkələrdə yayımlanıb. Roman hazırda Bakının kitab mağazalarında oxuculara təqdim olunur.
Arzu Qafarova
