Bu gün:

Portuqaliyada 13 yaşlı uşaq öldürülüb


Portuqaliyada yaşayan britaniyalı 13 yaşlı Alfie Hallett anasının keçmiş partnyoru tərəfindən evdə bıçaqlanaraq öldürülüb, hadisənin məişət zorakılığı ilə bağlı olduğu bildirilib.

Uşaq yerli mənbələrdə Alfie Hallett kimi tanıdılıb, oynadığı basketbol komandası tərəfindən sosial şəbəkələrdə ona ehtiram bildirilib.


Səlahiyyətli orqanlar şübhəli şəxsin uşağın anasının keçmiş partnyoru olduğunu və onun da hadisə zamanı öldüyünü açıqlayıb. Məlumatlara görə, uşağı öldürdükdən sonra kişi bıçaqla özünü yaralayıb, daha sonra isə qaz sızması yaradaraq partlayışa səbəb olub.


Hadisə paytaxt Lissabondan təxminən 90 mil şimal-şərqdə yerləşən Tomar bələdiyyəsinin Casais kəndində baş verib. Polis bildirib ki, Milli Respublika Qvardiyasının (GNR) əməkdaşları məişət zorakılığı ehtimalı olan hadisə ilə bağlı daxil olan xəbərdarlıqdan sonra əraziyə gedib.


Hadisəni törətməkdə şübhəli bilinən şəxs və azyaşlı kəsici alətlə yetirilmiş çoxsaylı xəsarətlər alıb. Daha sonra həyati əlamətlər müşahidə olunsa da, az sonra hadisə yerində ölüm qeydə alınıb.


Evin içərisində güclü qaz qoxusu olub və az sonra partlayış baş verib, nəticədə, GNR əməkdaşlarından biri xəsarət alıb.


İddia olunan cinayətkar əvvəllər ağır qətl cinayətinə görə həbs cəzası çəkib, ailə isə 2022 və 2023-cü illərdə qeydə alınmış məişət zorakılığı halları səbəbilə nəzarətdə olub.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et