Bu gün:

Elektron siqaretlər xərçəngə səbəb ola bilər


Elektron siqaretlər bədəndə baş ağrılarına və xərçəngə səbəb ola bilər. Bu haqda Türkiyəli mütəxəssis Dos. Dr. Ömer Faiq Sağun xarici mediaya verdiyi müsahibədə bildirib. Vertigo xəstəliyinə toxunan Dos. Dr. Ömər Faiq Sağun elektron siqaretin gənclərə təsirinin gündən-günə artdığını bildirib. 


Sıx buxar səbəbiylə elektron siqaretlərdə nikotinin daha çox olduğunu ifadə edən həkim "çox sıx bir miqdarda buxarı tənəffüs etdikləri üçün nikotini daha konsentrasiyalı miqdarda alırlar və qanla daha sürətli qarışırlar", - deyə bildirib

Mövzuyla əlaqədar danışan Dos. Dr. Ömer Faiq Sağun, "Elektron siqaret, hazırda xüsusilə gənclər arasında istifadə edilən bir siqaret növüdür. Normal siqaretdən başqa maye olaraq istehlak edilən nikotinin kamerada saxlanması və bu, bir növ siqaret çəkməsidir" deyə vurğulayıb.


Xüsusilə gənclərdə ciddi başgicəllənmələr görməyə başladığının vurğulayan Sağun, “Araşdırmalarda yaşlılarda görülən bu vertiqoların indi gənclərdə çox rast gəlindiyi və elektron siqaretdən istifadənin çox olduğu müəyyən edilib", - deyə vurğulayıb


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et