Bu gün:

“Peşəkar rəssamın mütləq rəng duyumu olmalıdır"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı peşəkar rəssam Tural Səlimzadədir. O, peşəkar rəssam olmaq üçün hansı bilik və bacarıqlara mütləq yiyələnmək lazımdır mövzusu barəsində danışıb.

Peşəkar rəssam olmaq üçün hansı bilik və bacarıqlara mütləq yiyələnmək lazımdır?

-⁩İlk olaraq, onu deyim ki, peşəkar rəssam, ümumiyyətlə, rəssam olmaq üçün mütləq rəssam doğulmaq lazımdır. Çünki təhsilin də, düzdür, müəyyən qədər köməyi olur, amma təhsilə qədər insanın öz qabiliyyəti olmalıdır. Mütləq rəssamlıqla bağlı rəng duyumunu özündə formalaşdırmalıdır. Bunu özümdən belə misal çəkə bilərəm ki, mənim təhsilim yoxdur, bunu utanmadan, çəkinmədən deyə bilərəm, amma hazırda peşəkar rəssam kimi respublikamızda hər kəs məni tanıyır. Peşəkar rəssam üçün mütləq rəssamın rəng duyumu olmalıdır, mütləq hər incəliyə və xırda detallara diqqət yetirməlidir. Müəyyən qədər, əlbəttə, bunun üçün  təhsil də lazımdır. Lakin təhsil olmasa belə, bir rəsmi o gözünün önündə canlandırmalıdır. Rəsmi çəkməzdən əvvəl öz xülyasında onu mütləq canlandırmalıdır. Hansı kölgəni harada verməli olduğunu bilməlidir. Mütləq peşəkar rəssam bilməlidir ki, dayanmadan, usanmadan ancaq qabiliyyəti üzərində məşğul olması lazımdır.

Samirə Kərimli

Paylaş
Şərh əlavə et