Bu gün:

Mizofoniya - səslərin yaratdığı emosional reaksiya


Mizofoniya müəyyən səslərə qarşı həddindən artıq həssaslıqla xarakterizə olunan bir haldır. Mütəxəssislər bu vəziyyətin gündəlik həyat keyfiyyətini ciddi şəkildə poza biləcəyini bildiriblər. Zonguldak Bülent Ecevit Universiteti Xəstəxanasının psixiatriya üzrə müəllimi Prof. Dr. Nuray Atasoy belə hallarda peşəkar dəstəyin vacibliyini vurğulayıb.

Prof. Dr. Atasoyun sözlərinə görə, çeynəmə, udqunma, ağız səsi və saat tıqqıltısı kimi səslər mizofoniyası olan şəxslərdə güclü narahatlıq, qəzəb və ikrah hissi yaradıb. Bu səslərə məruz qalma zamanı tərləmə, qızarma, titrəmə və arterial təzyiqin yüksəlməsi kimi fizioloji reaksiyalar müşahidə olunub. Mizofoniya adətən yeniyetməlik dövründə üzə çıxır və ailədaxili münasibətlərə, təhsil və sosial həyata mənfi təsir göstərir. 

Mütəxəssis bildirib ki, vəziyyət davamlı narahatlıq, depressiya və ya obsesiv əlamətlərlə müşayiət olunarsa, mütləq müalicə aparılmalıdır. Gündəlik həyat və psixoloji rifah pozulursa, vaxtında yardım almaq həyat keyfiyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: TRT Haber            

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et