Bu gün:

Səhiyyə Nazirliyindən mövsümi xəstəliklər barədə açıqlama


Havaların soyuması ilə ölkə ərazisində kəskin respirator virus infeksiyaları və qripə yoluxma hallarında mövsümi artım müşahidə olunur.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi xüsusilə risk qrupuna daxil olan şəxsləri – yaşlıları, xroniki xəstəliyi olanları, hamilə qadınları və uşaqları diqqətli olmağa çağırır. Bildirilib ki, qripə qarşı peyvəndlənmə xəstəliyin ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır.

Nazirlik vətəndaşlara gigiyena qaydalarına riayət etməyi, maskadan istifadəni, xəstəlik əlamətləri olduqda həkimə müraciət etməyi tövsiyə edib və qeyd edib ki, qripə qarşı vaksinasiya dövlət tibb müəssisələrində ödənişsiz aparılır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et