Bu gün:

Tatuirovka mürəkkəbi immun sisteminə uzunmüddətli təsir göstərə bilər


Yeni araşdırmaya görə, tatuirovka mürəkkəbi yalnız dəridə qalmır, limfa düyünlərinə daşınaraq immun sistemində qalıcı dəyişikliklər yarada bilər.

Siçanlar üzərində aparılan tədqiqat göstərib ki, mürəkkəb limfa düyünlərində makrofaqlar (əsas funksiyası orqanizmdəki yad cisimləri, mikrobları, ölü hüceyrələri udmaq) tərəfindən udulur və bu hüceyrələrin bir hissəsinin ölümünə səbəb olur.

Alimlər bu prosesin virus və bakteriyalara qarşı müdafiəni zəiflədə biləcəyini bildirirlər. Tatuirovkalı nahiyəyə vurulan mRNA əsaslı COVID-19 peyvəndinin təsiri azalarkən, qrip peyvəndinin immun cavabı gücləndirdiyi müşahidə edilib.

Mütəxəssislər peyvəndlərin birbaşa tatuirovkalı nahiyəyə vurulmamasını və tatuirovka ilə bağlı risklərin daha dərindən araşdırılmasının vacib olduğunu vurğulayırlar.

Mənbə: New Atlas

Tərcümə etdi: Nərmin Məmməndzadə


Paylaş
Şərh əlavə et