Bu gün:

Viktoriya dövrünün qəribə hadisələrindən


Əslində, keçmişin hər dövrünə nəzər saldıqda fərqli tendensiyalar göstərilir, elə deyilmi? İndiki trendlərimiz gələcəkdə Viktoriya dövründəki kimi qəribə görünə bilər. Yaxşı, Viktoriya dövründəki qəribə təcrübələrə birlikdə nəzər salsaq, necə olar?

Viktoriya vətəndaşlarının yaşadıqları qəribə trendlərindən biri ölülərlə şəkil çəkdirmək idi.

Fotoqrafiya uzun müddət hərəkətsizlik tələb edən yeni və maraqlı ixtira idi. Bu səbəbdən ölülərlə şəkil çəkdirməyin canlıların böyük bir qrupu ilə poza verməkdən daha asan olacağı düşünülürdü.

Viktoriya dövründə yaxınlarının son şəkillərini saxlamaq üçün ölülərlə şəkil çəkdirmək adi bir təcrübə idi. 

Viktoriya insanları xəstəlik və sosial problemlər üzündən itkiləri nəticəsində, ölülərlə əlaqə qurmağa çalışırdılar. Bu əlaqəni yaratmaq üçün onlar seanslar, mərasimlər keçirir, təcrübəli insanlardan kömək alırdılar. Bu təcrübə bütün sosial təbəqələr arasında geniş yayılmışdı. "Winchester House" bu dövrün insanlarının ölülərlə ünsiyyət qurmaq vəsvəsəsinə bir nümunədir.

Mənbə: Habertürk 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et