Yeni elmi araşdırma göstərir ki, yağlı pendir və krem istehlakı demensiya riskinin azalması ilə əlaqələndirilir.
İsveçdə aparılan və 25 il davam edən genişmiqyaslı tədqiqatda 27 mindən çox insanın sağlamlıq göstəriciləri analiz edilib.
Araşdırmaya əsasən, gündə təxminən 50 qram yağlı pendir istehlak edən şəxslərdə demensiya riski 13 faiz daha aşağı olub. Eyni zamanda, yağlı krem istifadə edənlərdə də oxşar qoruyucu təsir müşahidə edilib. Bu nəticələr az yağlı süd məhsulları üçün qeydə alınmayıb.
Mütəxəssislər vurğulayırlar ki, tapıntılar birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Buna baxmayaraq, nəticələr beyin sağlamlığı ilə qidalanma arasındakı əlaqəyə dair yeni baxış bucağı yaradır. Tədqiqatçılar sağlam qocalma üçün balanslı qidalanma və aktiv həyat tərzinin əsas rol oynadığını bildirirlər.
Mənbə: Euronews.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
