Bu gün:

"Doğulduğunuz ay və mövsüm həyatınıza necə təsir edir?" Astrologiya deyil!


Doğulduğunuz ay, həqiqətən, həyatınızı formalaşdırır və bunu astrologiya deyil, alimlər deyir. Doğulduğumuz ay həyatımıza necə təsir edir? Budur təfərrüatlar... 

Alimlər bəzi xəstəliklərin görülmə tezliyinin doğulduğumuz aya görə daha çox olduğunu ortaya çıxaran araşdırmalar aparıblar. Ürək-damar xəstəlikləri sentyabr-dekabr ayları arasında doğulanlarda daha az, qış və yaz aylarında doğulanlarda daha çox rast gəlinir. 

Yazda doğulanlar daha az depressiyaya yaxalanırlar

Yazda doğulanlarda depressiya daha az olur. İngiltərədə əlli səkkiz min iştirakçının iştirak etdiyi araşdırmaya görə, vəziyyətin sıfır nöqtəsi may ayında doğulan insanlarda görülür. Noyabr ayında doğulan körpələrin də depressiyaya ən az məruz qaldıqları görülüb.

Yayda doğulanlar mövsümi depressiyaya tutulmurlar

Yay ayında doğulanlar mövsümi depressiyaya tutulmağa daha az meyillidirlər. Yay aylarında doğulanlar mövsümi affektiv pozğunluqla daha az qarşılaşırlar. Avqust ayında doğulan körpələr arasında bipolyar diaqnoz ən azdır. 

Payızda doğulanlar daha əsəbidirlər 

Payızda doğulanlar daha əsəbi ola bilərlər. Payızda doğulan insanlar yalnız aşağı səviyyədə depressiyaya məruz qalmırlar, həm də bipolyar pozğunluq kimi oxşar şərtləri daha az göstərirlər. Payız aylarında doğulan insanlar daha çox əsəbi olurlar. Oktyabr və noyabr aylarında doğulan insanlar tənəffüs, reproduktiv və nevroloji xəstəliklərə daha çox məruz qalırlar. 

Qışda doğulanlar çətinliklərlə daha çox qarşılaşa bilirlər 

Qışda doğulanlar depressiyaya daha çox meyillidirlər. Qış aylarında doğulan insanlar qarşılaşdıqları çətinliklər səbəbindən daha yüksək psixoloji pozğunluqlar göstərə bilərlər. Araşdırmaya görə, qışda doğulan körpələr payızda doğulanlara nisbətən daha az əsəbi olurlar. 2015-ci ildə üç yüz məşhurun iştirak etdiyi kiçik araşdırmada yanvar və fevral ayları məşhur olmaq üçün ən sərfəli aylar olaraq görülüb. Yaradıcılıq və problem həll etmə kimi funksiyaların həmin aylarda daha yüksək olduğu müəyyən edilmişdir. Təbii ki, bu məlumat sizin doğum ayınızın hansısa xəstəliyə meyilli olduğunu müəyyən etmir, daha çox sizin yaşadıqlarınıza bağlıdır.


Mənbə: Habertürk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et