Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Xankəndi şəhərində Avtomobil Səyyar Klinikası çərçivəsində tibbi aksiya davam edir. Aksiya 18-19 dekabrı əhatə edir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq və erkən diaqnoz qoymaqdır. Müayinələr zamanı görmə problemləri erkən mərhələdə aşkar edilərək vaxtında müdaxilə imkanları yaradılacaq.
Səyyar klinika 2005-ci ildən respublikanın müxtəlif bölgələrində pulsuz oftalmoloji və cərrahi xidmət göstərir. Aksiya Xankəndi və ətraf ərazilərdə əhalinin göz sağlamlığının qorunması istiqamətində mühüm addım hesab olunur. Müayinələrdən faydalanmaq üçün (+994) 050-891-94-51 və (012) 568-28-90 nömrələrinə zəng etmək olar.
Fatimə Hüseynova
