Bu gün:

Britaniya şahzadəsi Ketrin Midlton və Şarlot Milad qonaqlığında iştirak ediblər


Böyük Britaniya Uels şahzadəsi Ketrin Midlton Bukinqam Sarayında keçirilən öncədən Milad naharında parlaq və zərif görünüşü ilə bütün diqqətləri üzərinə çəkib. Şahzadə, Alesandra Rix dizaynerinin qırmızı rəngli, nöqtəli paltarı ilə tədbirdə iştirak edib. 

Görünüşünü “Miu Miu və Van Cleef & Arpels” aksessuarları ilə tamamlayan Ketrin bayram ruhunu əks etdirən üslubu ilə qonaqların diqqət mərkəzində olub.


Onun qızı Şarlot tünd-qırmızı rəngli zərif paltarı ilə anası ilə üslub baxımından uyğunlaşaraq ailəvi stilin yenidən moda trendinə çevrilməsini göstərib. Bu birgə görünüş ailəvi və koordinasiyalı geyim trendini mövsümün diqqət mərkəzinə çıxarıb. Moda ekspertləri qeyd edir ki, bu tip ailəvi koordinasiya artıq bir neçə mövsümdür ki, dünya modasında önəmli yer tutur və sosial mediada böyük maraq doğurur.


Tədbirdə qonaqların əksəriyyəti şahzadənin klassik zəriflik və müasir detal qarışığını yüksək qiymətləndirib. Ketrin Midlton-nin seçimi, həm bayram əhval-ruhiyyəsini əks etdirir, həm də onun stilinin zamanın ən aktual trendlərinə uyğun olduğunu bir daha göstərir.


Moda bloqları və sosial media platformalarında bu görüntü dərhal paylaşılaraq ailəvi stil və bayram geyimləri mövzusunda yeni trend kimi təqdim olunub.


Mənbə: vogue.com

Tərcümə etdi: Şehrin Musayeva





Paylaş
Şərh əlavə et