Bu gün:

Qış mövsümündə ev heyvanlarının qorunması üçün vacib tövsiyələr


Qışın başlaması heyvan sahiblərindən xüsusi məsuliyyət tələb edir. Şaxtalar və gündüz vaxtının qısalması bəzi heyvanların sağlamlığı üçün real təhlükə yaradır.

PDSA-nın baytar eksperti Gemma Renwikin sözlərinə görə, ilk növbədə evdə rahat mikroiqlim yaradılmalıdır; yatacaq yerləri əlavə örtüklərlə təchiz edilməli, heyvanların yataqları cərəyan olmayan, isti guşələrdə yerləşdirilməlidir.

İtlər üçün aktiv, lakin qısa müddətli gəzintilər xüsusilə vacibdir. Açıq havada fiziki aktivliyin azlığı evdə interaktiv oyunlarla kompensasiya olunmalıdır. Alt tükü olmayan cinslər üçün istilik saxlayan geyimlər lazımdır. Yaşlı və balaca itlər üçün gəzintiləri əsasən günün işıqlı vaxtına salmaq tövsiyə olunur. Evə qayıtdıqda isə heyvanın pəncələrini reaktiv maddələrdən təmizləmək və tükünü qurulamaq vacibdir.

Çölə çıxan pişiklər üçün evə daimi giriş təmin edilməli və alternativ olaraq qum qabı qoyulmalıdır. Ekspertin sözlərinə görə, məhz bu cür diqqət və qabaqlayıcı tədbirlər qış dövründə heyvanların rifahının əsas açarıdır.

Mənbə: abnews.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et