Qlobal qida dəyərləndirməsinə görə, ən sağlam 20 qidanın ad açıqlanıb. Bu sıralamada donuz yağı 100 üzərindən 73 bal toplayaraq dünyanın ən sağlam 100 qidası arasında 8-ci yerə yüksəlib və bir çox meyvə-tərəvəzi, o cümlədən portağal, pomidor və yaşıl noxudu geridə qoyub.
Meyvə və tərəvəzlərin sağlam qidalanmanın əsasını təşkil etdiyi hamıya məlumdur. Lakin bu reytinqə əsasən, bir heyvan mənşəli məhsul - donuz yağı - bir çox “yaşıl” qidadan daha yüksək dəyərə malikdir.
Donuz yağı B qrup vitaminləri və minerallarla zəngindir. Eyni zamanda o, quzu və mal yağları ilə müqayisədə daha çox doymuş yağ turşularına malikdir və bu baxımdan daha sağlam hesab olunur.
Mütəxəssislər vurğulayıblar ki, donuz yağının faydasını tam almaq üçün heyvanın hansı şəraitdə yetişdirilməsi də mühüm rol oynayır. Açıq havada, təbii şəraitdə yetişdirilən donuzlardan əldə edilən yağ daha çox D vitamini kimi yağda həll olunan vitaminlərə malik olur.
Qeyd edək ki, bu siyahıya başqa heç bir heyvan əti daxil olmayıb. Əvəzində siyahıda çoxlu sayda balıq növü yer alıb.
Dünyanın ən sağlam 20 qidası
- Badam
- Çerimoya meyvəsi
- Okean levreyi
- Yastı balıqlar
- Çia toxumları
- Balqabaq toxumları
- İsveç pazısı
- Donuz yağı
- Çuğundur yarpaqları
- Snapper balığı
- Qurudulmuş cəfəri
- Kərəviz lopaları
- Su kressi
- Naringi
- Yaşıl noxud
- Pike balığı
- Alyaska polloku
- Yaşıl soğan
- Qırmızı kələm
- Sakit okean treskası
Mənbə: Mirror.co.uk
Tərcümə etdi: Nərmin Məmmədzadə
