Bu gün:

"Səfillər" romanının əsas mövzusu nədən ibarət idi?


1862-ci ildə nəşr olunan "Səfillər" romanı məşhur fransız yazıçısı Viktor Hüqo tərəfindən qələmə alınıb. Bütün dövrlərin ən güclü romanlarından biri hesab edilən bu əsər bir çox dillərə tərcümə olunub. Bundan əlavə, əsər kino və teatr üçün də uyğunlaşdırılıb. Romanın qəhrəmanlarından biri olan Jan Valjanın həyatla mübarizəsi böyük ustalıqla təsvir edilmişdir. Əsərdə Fransa tarixi və memarlığının izləri də var.

Romanın baş qəhrəmanı Jan Valjan anası və bacısı üçün çörək oğurlamağa cəhd edərkən yaxalanır. Bu vəziyyətə görə o, beş il müddətinə ağır işlərə məhkum edilir. Lakin bu müddət ərzində yenidən qaçmağa cəhd edən Jan Valjanın cəzası on ilə qədər artırılır.

Jan Valijan həbsdən çıxandan sonra iş və yemək tapa bilmir. Heç kim onu işə qəbul etmir. Lakin Myriel adlı yepiskop onun üzünə evini açır. Jan Valjan bir gün özünü saxlaya bilmir və yepiskopun gümüş əşyalarını oğurlayır. Oğurluq etdikdən sonra Jan Valjan qaçmağa çalışarkən polislərə yaxalanır. Polislər ondan şübhələnir və gümüş əşyaları tapırlar. Yepiskop Myriel gümüş qabları özü verdiyini söyləyərək Jan Valjanı xilas edir.

Polislər yepiskopun dediklərinə inanandıqdan sonra oradan uzaqlaşırlar. Bu vaxt yepiskop oğurladığı əşyalarla birlikdə Jan Valjana iki şamdan verir. Ona deyir ki, hamısını satıb yeni bir işə başlasın. Jan Valjan yepiskopun hərəkətlərindən sonra həm özünə, həm də ona yaxşı insan olacağını vəd verir.

Jan Valjan Fransanın şimalında zərgərlik biznesinə başlayır. O, bu işdən çoxlu pul qazanır və şəhərin ən etibarlı adamlarından biri kimi tanınmağa başlayır. Amma camaat onun keçmiş oğru olduğunu bilmir. Jan Valjan da bu prosesdə yoxsul və ehtiyacı olan insanlara da kömək edir. Şəhərdəki bir polis müfəttişi onun şəxsiyyətini araşdırır və onun keçmiş cinayətkar olduğundan şübhələnməyə başlayır.

Jan Valjanın fabrikində fəhlə işləyən Fantina nikahdan kənar uşaq dünyaya gətirir. Bunu eşidən fabrik müdirləri Jan Valjandan xəbərsiz qadını işdən çıxarırlar. Qadın isə övladına və özünə qulluq etmək üçün fahişəlik etməyə başlayır. Jan Valjan polis tərəfindən həbs edilən qadını xilas edir. Qadın isə bu müddətdə çox xəstə olduğu üçün xəstəxanaya yerləşdirilir.

Şəhərin nəzarətçisi Jan Valjana ondan şübhələndiyini, lakin əsl günahkarın tutulduğunu deyir. Jan Valjan isə başqasının günahsız şəkildə cəzalandırılacağını biləndə gedib təslim olur. Bu vaxt Fantina xəstəxanada olarkən vəfat edir. Qadının qızını övladlığa götürən ailə də çox zalım idi. Bu səbəbdən, Jan Valjan həbsdən qaçır və onlar Parisdə Fantinanın qızı ilə yaşamağa başlayırlar.

Qız monastırda təhsilini bitirdikdən sonra kiçik evdə məskunlaşırlar. Fantinanın qızı Kozetta böyüyəndə Marius adlı birinə aşiq olur. Respublikaçıların dövlətə qarşı qiyam qaldırdığı bir vaxtda polis müfəttişi respublikaçılar tərəfindən əsir götürülür. Respublikaçıların tərəfində olan Jan Valjana polisi öldürmək tapşırığı verilir. Lakin Jan Valjan polisin qaçmasına imkan verir. Baronun oğlu olan Marius Kozetta ilə evlənir. Jan Valjan isə onları tərk edərək uzaq bir yerdə həyatını yaşamağa başlayır və sonda o, dünyasını dəyişir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et