Bu gün:

Buenos Ayresdə minlərlə “Golden Retriever” bir araya gəlib


Argentinanın paytaxtı Buenos Ayresdə yerləşən Bosques de Palermo parkı bu gün qeyri-adi mənzərəyə səhnə olub.

Parkda minlərlə “Golden Retriever” iti sahibləri ilə birlikdə bir araya gəlib və böyük maraq doğuran rekord cəhdi həyata keçirib.

Reuters-in məlumatına əsasən, tədbirdə iki mindən çox “Golden Retriever” iştirak edib. İtlər eyni məkanda toplanaraq dünyanın ən böyük “Golden Retriever” görüşlərindən birinə çevrib. Parka gələnlər ailə üzvləri və dostları ilə birlikdə vaxt keçirib, it sahibləri isə bu anı xatirə şəkilləri ilə yadda saxlayıb.

Tədbirin təşkilatçıları məqsədin yalnız rekord cəhdi olmadığını bildiriblər. Onların sözlərinə görə, əsas niyyət insanlar arasında heyvan sevgisini yaymaq və ictimai məkanda müsbət, isti ab-hava yaratmaq olub. Görüş zamanı parkda bayram əhval-ruhiyyəsi hiss olunub, tədbir iştirakçıları isə təşəbbüsü böyük maraqla qarşılayıblar.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et