Bu gün:

Dünya klassik əsərlərindən yaradılmış filmlər


Sevdiyiniz kitabların çəkilməsini istəyən tərəfdəsiniz, yoxsa istəməyən tərəfdəsiniz? Əksər insanlar romanlar əsasında çəkilmiş filmləri çox da sevmirlər. Xəyallarında canlandırdıqları personajlarla filmdə gördükləri personaj uyğun gəlməyəndə məyus ola bilirlər. Təbii ki, uyğunlaşdırıldığı romandan daha uğurlu olduğu iddia edilən filmlər də var. Dünya klassiklərindən uyğunlaşdırılmış çoxlu filmlər mövcuddur. Ola bilməz ki, belə mühüm əsərlər filmlərə istiqamət verməsin, ilham mənbəyi ola bilməsin. Hansı filmlər dünya klassiklərindən uyğunlaşdırılıb? Dünya ədəbiyyatı ustadlarının hansı əsərləri dəfələrlə kinoya uyğunlaşdırılıb? Bu filmlərin mövzusu nədir?


Romeo və Cülyetta (1996)

Romeo və Cülyettanın epik məhəbbət hekayəsi olan Uilyam Şekspirin yazdığı pyesin filmə uyğunlaşdırılması müasir dünyada hansı faciəni cərəyan edərdi? Uğurlu rejissor Baz Luhrman bu dəfə Uilyam Şekspirin faciəvi sevgi hekayəsi olan Romeo və Cülyettanı böyük ekrana çıxarıb. Avstraliyalı dahi rejissorun filmindəki hadisələr indiki Florida ştatında cərəyan edir. Filmdə Romeo (Leonardo DiCaprio) və Cülyetta (Claire Danes) şəhərin iki düşmən ailəsinin övladlarıdır. Faciəli təsadüf nəticəsində iki yeniyetmə aşiq olur və ailələrinin müharibəsi zamanı xilas yolu tapmağa çalışırlar.

IMDb: 6.7


Dənizin ortasında (2015)

2015-ci ildə ekranlara çıxan "Dənizin ortasında" filmi Natanial Filbrikin eyniadlı romanının uyğunlaşdırılmasıdır. Filmin əsas məqamındakı fakt budur ki, Herman Melvilin Moby Dick əfsanəsinə ilham verən məhz bu romandır. Çarlz Levittin ssenarisi Natanial Filbrikin eyniadlı romanı əsasında çəkilib. 1820-ci ildə dişli sperma balinasının hücumu nəticəsində Nantucket adlı balina ovlayan gəminin çökməsindən bəhs edən film Sakit Okeanın mərkəzində yaşanan həyat mübarizəsindən bəhs edir. Cəmi 8 nəfərin sağ qaldığı bu hadisə, daha sonra məşhur yazıçı Herman Melvillinin dünyaya gətirəcək Mobi Dik əfsanəsinə də ilham verdi.

IMDb: 6.9


Anna Karenina (2012)

Tolstoyun ölməz əsərindən uyğunlaşdırılan film 1874-cü ildə gənc və gözəl Anna Kareninin evliliyi ilə Sankt-Peterburqda yaradıldı. Peterburqun ali cəmiyyətində çox yaxşı mövqeyə malikdir. Onun əri  də Rusiya siyasətində mühüm fiqurlardan biridir. Bir gün o, qardaşı Oblonskidən məktub alır və ondan arvadı Dolli ilə barışmasını xahiş edir. Sonra onu Moskvaya dəvət edir. Bu səyahət zamanı qrafinya Vronskinin stansiyada tanış olduğu oğlu gənc zabit Vronski ilə arasında qığılcım alovlanır. Moskvada dolaşıq sevgi üçbucaqları arasında keçirilən möhtəşəm rəqs balında hamının gözü Vronski və Annada idi.Anna qarşı çıxa bilməyəcəyi bir sevgiyə doğru sürüklənərkən Vronskidən qaçaraq Sankt-Peterburq şəhərinə gedir. Sankt-Peterburq və ailə həyatı nə onun haqqında şayiələrin, nə də ürəyində hiss etdiyi sevginin qarşısını ala bildi. 

IMDb: 6.6


Müharibə və Sülh (1956)

Lev Tolstoyun 1956-cı ildə çəkilmiş eyniadlı romanından ilhmanlandırılan "Müharibə və Sülh" müharibə və sevgi mövzularından bəhs edən dram filmidir. Napoleonun hakimiyyəti dövründə Fransa ilə Rusiya arasında gedən böyük müharibəyə paralel olaraq, personajlar arasındakı mürəkkəb sevgi hekayələrindən də bəhs edən film, romanla müqayisədə kifayət qədər qənaətbəxş olmasa da, ümumi mənada romanı əks etdirməyi bacarıb. Audrey Hepburn və Henry Fonda kimi uğurlu aktyorların rol aldığı “Müharibə və Sülh”filmi də ən yaxşı xarici film üçün Qızıl Qlobus Mükafatına layiq görülüb.

IMDb: 6.8


Qürur və Qərəz (2005)

Jane Austenin ecazkar romanı 18-ci əsrin sonlarında İngiltərədə cərəyan edir. 5 bacı olan Bennetlər: Elizabet, Ceyn, Lidia, Mary və Kitti anaları tərəfindən yaxşı bir həyat yoldaşları taparaq, gələcəklərini güvənli etmək xəyalları ilə böyütmüşdü. Şən və məntiqi xasiyyətə malik olan Elizabet ona rəğbət bəsləyən atasının dəstəyi ilə həyatını fərqli və dolğun yaşamağa çalışır.

IMDb: 7.8


Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et