Bu gün:

Fransa heyvanların müdafiəsi istiqamətində tarixi addım atır


Fransa uzun illər Avropada ev heyvanlarından imtinanın ən yüksək səviyyədə olduğu ölkələrdən biri olaraq qalır.

Hər il, xüsusilə yay məzuniyyətləri dövründə 100 000-dən çox ev heyvanı tərk edilir. Sığınacaqlar dolub-daşır, könüllülər vəziyyətin öhdəsindən gələ bilmirlər, yol kənarları tərk edilmiş itlərlə doludur,  hekayələr isə acı bir reallığa çevrilib. Lakin 2024-cü ildə hər şey dəyişib.

Ölkə Avropanın ən sərt qanunlarından birini qəbul edərək, heyvanı tərk etməyi cinayət kimi tanıyıb. İndi bunun üçün aşağıdakı cəzalar nəzərdə tutulur:

1. 45 000 avroyadək cərimə

2. 3 ilədək həbs

3. Heyvanlarla davranış üzrə məcburi təlim

Dövlət səviyyəsində ilk dəfə olaraq heyvanı tərk etmək olduğu kimi adlandırılıb: bu, qəddarlıqdır — nə narahatlıq, nə “köçmək”, nə də “müvəqqəti saxlama”.

Bundan başqa, daha bir mühüm addım atılıb:
Gələcək sahiblər üçün məcburi “məsuliyyət sertifikatı” tətbiq olunub. Bu sənəddə insan ev heyvanına qarşı maliyyə, emosional və uzunmüddətli öhdəlikləri anladığını təsdiqləyir. Bu sertifikat Avropada ilk dəfə tətbiq olunur və məqsədi insanları canlı bir varlığı evə gətirməzdən əvvəl düşünməyə vadar etməkdir.

Mənbə: obzor.It
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et