Bu gün:

Misirdən bütün dünyaya yayılan 5 müğənni


Dünya musiqisini kəşf etməyə hazırsınız? Misirdən dünyaya yayılan və hər kəsi özünə aşiq edən misirli müğənnilər və onlardan ən gözəl parçaları sizin üçün topladıq. 

1. Amr Diab

Misirin ən məşhur pop müğənnilərindən biri olan Amr Abdulbasit Abdulaziz Diab Yaxın Şərqin ən məşhur müğənniləri sırasındadır.

2. Şerine

Aktrisa, aparıcı, bəstəkar və müğənni olan Şerine Əbdülvahab da Misirin ən sevilən adlarındandır. Poetik səsi ilə ürəyinizi oğurlayacaq Şerine əsl unikal müğənnilər sırasındadır.

3. Nensi Ajram

Həm livanlı, həm də misirli olan Nensi Ajram əyləncəli üslubu və musiqisi ilə Şimali Afrika və Ərəb bölgəsinin ən sevilən adlarından biridir.

4. Tamer Hüsnü

Digər Misir müğənniləri ilə duetləri ilə tanınan Tamer Hüsnü Şərif Abbas Fərqali, eyni zamanda Tamer Hosny kimi tanınan Misirin ən məşhur müğənnilərindən biridir.

5. Nataşa Atlas

Belçika əsilli Misirli musiqiçi Nataşa Atlas dinləyən kimi səsi və üslubu ilə hər kəsi valeh edir. Elektron musiqini Şimali Afrikanın ənənəvi musiqisi ilə birləşdirən Nataşa Atlas mütləq dinlənilməli müğənnilər sırasındadır.

Mənbə: Onedio

Tərcümə etdi: Xədicə Qiyas








Paylaş
Şərh əlavə et