Bu gün:

Türk ədəbiyyatının ilk tarixi romanı: Cezmi romanı


Türk ədəbiyyatının ilk tarixi romanı olma xüsusiyyətini daşıyan Cezmi yazıçı və şair Namiq Kamal tərəfindən qələmə alınıb. Müəllifin romantizm cərəyanının təsiri altında qələmə aldığı bu roman vətənpərvər əsgər Cezminin macəralarından bəhs edir. Kitabı oxumaq istəyənlər Cezminin romanı ilə bağlı təfərrüatları axtarmağa başladılar. Bəs Cezminin romanının mövzusu nədir? 

Cezmi romanının mövzusu

XVI əsrdə yaşayan vətənpərvər əsgər Cezmi Osmanlı süvarisidir. O, hərbi xidmətlə yanaşı, poeziyaya da böyük maraq göstərir. Mədəni və bilikli bir əsgər olan Cezmi İranla Osmanlı İmperiyası arasında gedən müharibədə könüllü iştirak edir. Cezmi bu savaşda Adil Girayla tanış olur. Bu müharibədə Osmanlı İmperiyası öndə olsa da, Adil Giray və qardaşı Qazi Giray düşmənlərə əsir düşür.

Romanın bir hissəsi Təbriz sarayında Adil Giray ilə Perihan və Şəhriyar arasında baş verir. Perihan Adil Girayı özünə aşiq edir və Osmanlı İmperiyasının dəstəyi ilə İran Dövlətində nüfuz sahibi olan şəxslərdən biri olmağa çalışır. Şəhriyar Pərihanın planlarından xəbərdardır və onlar arasında ciddi mübarizə gedir. Perihan, Şəhriyar və Adil Giray döyüşdə həyatını itirərkən Cezmi ölümdən döndü. Ağır yaralanan Cezmi dərviş libasına girərək öz ölkəsinə qayıtmağa çalışır.

Cezmi romanı ilə bağlı düşüncələr

Türk ədəbiyyatının ilk tarixi romanı olan Cezmi Tənzimatın önəmli yazıçılarından Namiq Kamal tərəfindən yazılmışdır. Yazıçının ikinci romanı olan “Cəzmi” ilk dəfə 1880-ci ildə nəşr olunub.

Mənbə: Onedio

Tərcümə etdi: Xədicə Qiyas






Paylaş
Şərh əlavə et