Alimlər bildiriblər ki, sadə riyazi hesablamalarla Yeni il hədiyyələrini daha səliqəli bükmək və kağız israfını azaltmaq olar.

Hədiyyə bükmək çox vaxt çətin və qarışıq prosesə çevrilir. London Kral Kollecinin riyaziyyatçısı Sara Santos kub formalı qutular üçün sadə bir üsul təklif edib. Qutunun hündürlüyünü 1,5-ə vurub, ən böyük üzünün diaqonalı ilə toplamaq kifayətdir. Bu, lazım olan bükmə kağızının ölçüsünü göstərir.
Mütəxəssislər bildirir ki, bəzi hallarda qutunu diaqonal yerləşdirmək daha az kağız sərf etməyə kömək edir. Silindr formalı hədiyyələr üçün isə diametri Pi (3,14) ilə vurmaq kağızın minimum enini hesablamağa imkan verir.
Kürə formalı hədiyyələri tam hamar bükmək mümkün deyil. Buna görə alimlər belə hallarda yaradıcı bükmə üsullarını tövsiyə edirlər. Oxşar ölçülü hədiyyələri birlikdə bükmək isə daha qənaətcil hesab olunur.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
