Bu gün:

Orta yaşlı qadınlar vitamin əlavələri qəbul etməyə başlamalıdırmı?


Tədqiqatlar göstərib ki, çox vitamin qəbul edən insanlar daha uzun yaşamır, bəzi hallarda isə bir az daha gənc ölürlər hətta ötən il aparılan bir araşdırmaya görə ölüm riski 4% yüksək olub. Onda qadınlar müəyyən yaşa çatanda əlavələrə həqiqətən ehtiyacları varmı?

Britaniya və Sinqapurda işləyən qadın sağlamlığı üzrə dietoloq Klair Pettittin fikrinə görə yaşlandıqca bədənimizin bəzi qida maddələrini daha az udduğunu nəzərə alaraq əlavələrə ehtiyacımız ola bilər. Hormonal dəyişikliklər də əlavələr üçün əsas səbəblərdən biridir, çünki estrogen azalması sümük sağlamlığından metabolizmə, ürək-damar xəstəlikləri riskinə və əzələ kütləsinə qədər bir çox şeyə təsir edir. Buna baxmayaraq, sadalananlar heç də hər kəsin bütün əlavələrə ehtiyacı olduğu mənasına gəlmir. 

Əvvəlcə qidalanma vərdişlərinizi nəzərdən keçirmək vacibdir. 

“Orta yaşda, xüsusən də ‘sendviç nəsli’( əl üstü hazırlanan yeməklərə üz tutaraq) olaraq, vaxtımız azdır və bəzən özümüzü yetəri qədər prioritetləşdirmirik", –deyə Pettitt bildirib.  Dəb və sosial normalar bəzən qeyri-bərabər qidalanma vərdişlərini təşviq edir, məsələn yeməklərdən imtina edərək sadəcə yaşıl smuzi içmək və ya süd məhsullarını kəsmək.

Protein qəbulunu təmin etmək də vacibdir: gündə ideal bədən çəkisinə görə gün ərzində paylanmış şəkildə1.6 qram norma hesab edilir. Əgər çox aktivsinizsə, bu göstərici əzələ və sümük sağlamlığı üçün 2 qramadək artırıla bilər. 

Lif qəbul etmək də önəmlidir, çünki bağırsaq sağlamlığını qorumaq bədənin demək olar ki, bütün funksiyalarını dəstəkləyir və bağırsaq mikroblarına qida maddələrini daha yaxşı həzm etməyə kömək edir.

Gələk əsas suala: Nə zaman bu vitaminlərə ehtiyac var? 

Bədənimiz lazım olan maddələri almırsa, adətən xəbər verir. Yorğunluq, əzələ zəifliyi və ya saç tökülməsi mikronutrient çatışmazlığının göstəricisi ola bilər. Veganlar B12 vitamini əlavəsinə, proton pompa inhibitoru və ya metformin istifadə edənlər isə bəzi mineralların mənimsənilməsinə diqqət etməlidir. Orqanik bitki mənşəli süd məhsullarına keçid kalsium və yod qəbulunu azalda bilər, buna görə süd, kefir və ya kalsiumla zənginləşdirilmiş alternativlər tövsiyə olunur. Ciddi çatışmazlıqlar isə qan testləri ilə müəyyən edilə bilər. Hər hansı bir əlavəyə başlamazdan əvvəl dietoloq və ya həkimlə məsləhətləşmək vacibdir.

Əlavələrə gəldikdə isə aralarında ən vacib hesab edilənlərdən biri D vitaminidir. Sümük sağlamlığı, immunitet, əzələlər və hormonlar üçün önəmlidir. Ümumiyyətlə, payız və qışda qəbul edilməlidir, amma əgər dəri tünddürsə, günəş kremi istifadə edirsinizsə və ya örtünürsünüzsə, il boyu qəbul etmək tövsiyə olunur. Minimal doza gündə 10 mikroqram olmalıdır.

Maqnezium əzələ rahatlaması, yuxu, beyin və stress üçün vacibdir. 

Kreatin əzələlərə enerji verir və bilişsel funksiyaları dəstəkləyir, gündə 3–5 qram təhlükəsiz sayılır. 

Biotin saç sağlamlığı üçün faydalı ola bilər, amma yalnız çatışmazlıq varsa və qan testi ilə təsdiqlənibsə tövsiyə olunur.

həftədə ən az bir dəfə yağlı balıq yemirsinizsə Omeqa-3 qəbul edilməlidir. 

Kollagen bir çox halda oynaq və sümük sağlamlığı üçün faydalıdır, bəzən də dəri üçün istifadə olunur. 

Bahalı  əlavələr isə heç də həmişə daha yaxşı udulmur; əsas olan doğru maddəni doğru doza ilə qəbul etməkdir.Çox əlavəyə eyni anda başlamaq isə yanlış yanaşmadır – hər biri ayrı-ayrılıqda 4–6 həftə, ideal halda 3 ay sınanmalıdır. Lif və probiyotiklər daha çox qidalardan alınmalıdır. Əlavələr həyatın qısamüddətli qısayolu deyil; əsas sağlamlıq sütunları – qidalanma, fiziki aktivlik, stress, yuxu və sosial əlaqə – həmişə birinci yerdə olmalıdır.

Mənbə: The Guardian 

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et