Bu gün:

Yeni il dekorasiyasında trend nədir?


Dekabr ayıdır və insanlar yeni ili qeyd etməyə hazırlaşır. Bu isə yeni sual doğurur. Yeni il dekorasiyasında nə trend olacaq? 

"Marks & Spencer" -in məlumatına görə, rəngli bəzəklər bu ilin ən çox satılan aksessuarlarıdır. Bununla yanaşı, “Ralf Loren Miladı”da bu il sosial mediada trend olub, TikTok-da 5 milyona yaxın baxış və maraqla Z nəslini 90-cı illərin nostalgiyasına, şən Yeni il dekorasiyasına aşiq edib. Bu trendə əsasən evi Yeni İl ruhunda bəzəmək çətin deyil: bunun üçün hər şeyə lent bağlamaq, yaxşı işıqlandırma və bəzəkli bir ağac kifayətdir, çünki Yeni ilin əsas elementi ailə, sevgi və bolluğu simvolizə edən nostalgiya dolu bir hissdir. Bu il həm 90-cı illərin Amerika Milad atmosferi, həm də İngiltərədəki Burberry və John Lewis kampaniyaları birləşir. Məqsəd isə Milad sevincini, ailəni və xatirələri bir araya gətirməkdir.

Xülasə, bu il Milad dekorasiyasında minimalist və bej tonlar yox, böyük yaylıqlar, parlaq işıqlar və nostaljik detallar ilə zəngin, şən və coşqun bir atmosfer trenddir. Əsas mesaj belədir: Bayramı hiss et, dekorasiyanı çoxalt və hər şeyi “Evdə Tək” filmindən çıxmış kimi göstər.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et