Bu gün:

''Yeni il bayramları heyvanlar üçün təhlükəlidir''


Bu barədə baytar məlumat verib. Baytar həkimi Yevgeni Tsıplenkov “Radio 1”ə müsahibəsində izah edib ki, Yeni il bayramları ev heyvanları üçün təkcə sevinc yox, həm də çətinliklər gətirə bilər.

Mütəxəssis deyib ki, pişiklər bəzək lentlərinə və oyuncaqlara dolaşa və ya onları uda bilər ki, bu da heyvan üçün çox təhlükəlidir. Buna görə o, qırılan və şüşə oyuncaqları başqa bəzəklərlə əvəz etməyi məsləhət görüb.

İtlər üçün isə əsas stress səbəbi atəşfəşanlıqlardır. Onlar yüksək səsdən qorxa bilirlər. “Çox həssas heyvanlar üçün xüsusi sakitləşdirici vasitələr kömək edə bilər”, – deyə baytar bildirib.

Tsıplenkov əlavə edib ki, çoxlu və səs-küylü qonaqlar gələcəksə, bu da heyvan üçün stress yarada bilər və belə hallarda da sakitləşdirici vasitələrdən istifadə etmək mümkündür.

Mənbə: tatarstan24.tv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et