Bu gün:

Mənfi auralı insanlarla necə davranmalı?


Ətrafınızdakı mənfi enerjili insanların sizi yormasına icazə verməmək üçün etməniz gərəkənlər...

Bəzi insanlar nə etsəniz də, mənfi auralı olmağa davam edəcəklər. Onların bədbəxtliyi sadəcə çöldəki havaya ya da iş yerindəki vəziyyətlərə bağlı deyil və, təəssüf ki, ətraflarındakı müsbət enerjini də əmirlər. Hamımızın ətrafında olan bu insanların öhdəsindən gəlmək üçün aşağıdakı üsulları yoxlamağa nə deyərdiniz?

Onlarla daha az vaxt keçirin.

Neqativ insanların sağlamlığımıza zərər verdiyi elmi olaraq sübut edildi. Nəyə görə daha çox özünüzə zərər verəsiniz ki? Bundan sonra qarşınıza neqativ bir insan çıxdıqda onunla daha az zaman keçirmənin yollarını araşdırın.

Düşüncələrinizi dilə gətirin. 

Sadəcə onların fikirlərini dinləməklə qalmayın, öz düşüncələrinizi də qorxmadan dilə gətirin. Əgər səssiz qalsanız, deyilənləri qəbul edirsiniz mənasına gələ bilər.

Davranışlarında bir problem yoxmuş kimi davranmayın. 

Qarşınızdakı insana neqativ düşünclərinin yaxşı bir şey olmadığını göstərin.

Onların problemlərini öz probleminiz halına gətirməyin.

Empatiya hər nə qədər önəmli bir xüsusiyyət olsa da, daha çoxu zərərdir. Bir dostunuz ya da ailə üzvünüz sizə problemlərini anlatmağa başlayanda məsafənizi qorumağa diqqət yetirin. Sizin təsdiqinizi almaq üçün hekayələrini böyütmüş ola bilərlər.

Mövzunu dəyişdirin. 

Əgər mövzu neqativ bir yerə doğru gedirsə, o saat təşəbbüsü ələ alın və mövzunu dəyişdirin.

Problemləri deyil, həllərini danışın. 

Neqativ insanlarla birlikdəsiniz deyə həll yollarından danışmamazlıq etməyin. Onlara "Bunu necə həll edə bilərsən?", "Səncə, onlar necə hiss edir?" kimi suallar verərək fərqli bir baxış əldə etməklərini təmin edin.

Onları arxada buraxın. 

Həyatda bəzən işimizə yararsız şeylərdən qurtulmağımız gərəkdir. Əgər bu insan bir ailədirsə, onunla keçirdiyiniz zamanı məhdudlaşdırmağı yoxlaya bilərsiniz.


Mənbə: Habertürk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et