Bu gün:

"Y2K" stili yenidən məşhurlaşıb


2025-ci ildə dünya dəb səhnəsində “Y2K”estetikasının böyük geri dönüşü qeydə alınır. 2000-ci illərin əvvəlini xatırladan bu üslub, həm podyumlarda, həm də küçə dəbində sürətlə populyarlaşaraq mövsümün əsas tendensiyalarından birinə çevrilib.

“Y2K” 1999–2005-ci illərin pop-mədəniyyətindən ilhamlanan parlaq rənglər, parıltılar, aşağı bel cinslər, mini donlar, iri aksesuarlar ilə seçilən üslubdur.

Bu trend nə üçün yenidən məşhurlaşıb?

Moda analitiklərinin məlumatına görə, “Y2K”üslubunun yenidən yüksəlişinin bir neçə səbəbləri var:

1) Nostalji və "Gen Z"nin marağı: Gənc nəsil TikTok və İnstagram kimi platformalar vasitəsilə 2000-lərin estetikasına yenidən böyük maraq göstərir.

2) Məşhurlarım seçimi: Hollivud məşhurları və model rəhbərləri “dress-over-pants” kimi “Y2K”siluetlərini qırmızı xalçalarda nümayiş etdirərək trendə yeni nəfəs verirlər.

3) Qlobal tələbin artması: Moda analitikləri bildirir ki, 2025-ci ildə “Y2K”üslubuna tələbat 15 dəfə artıb, xüsusilə aşağı bel cinslərə, velur kostyumlara və parlaq aksesuarlarlar dəbdə olub.

Dizaynerlər hesab edir ki, “Y2K”yalnız keçmiş moda dalğasının təkrarı deyil. Bu üslub retro estetikanı müasir minimalizm və funksionallıqla birləşdirərək daha “yetkin” versiyada geri qayıdır.


Mənbə: vogue.ua

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et