Avropa Dərman Agentliyinin (EMA) yanında fəaliyyət göstərən Veterinar Dərmanlar Komitəsi (CVMP) ev heyvanları üçün iki baytarlıq preparatına qeydiyyat şəhadətnaməsi verilməsini təsdiqləyib.

Elanco şirkətinin Avropa bölməsinə məxsus Varenzin (molidustat) adlı dərman qeydiyyat alıb. Bu dərman xroniki böyrək xəstəliyi olan pişiklərdə yaranan qansızlığı müalicə etmək üçündür. Dərman qanın tərkibindəki eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarını artırmağa kömək edir.
Həmçinin CP-Pharma şirkətinin hazırladığı ''Firocoxib'' adlı dərman da təsdiqlənib. O, itlərdə osteoartrit və ya cərrahi əməliyyatlardan sonra yaranan ağrı və iltihabı azaltmaq üçün nəzərdə tutulub.
Mənbə: gxpnews.net
Tərcümə etdi: Aysel Mehtizadə
