Bu gün:

Süni intellektdən həyat xilas edən kömək


49 yaşlı bir kişinin həyatı süni intellekt əsaslı Grok adlı dil modelinin verdiyi xəbərdarlıq sayəsində xilas edilib. İlk müraciətində həkimlər onun ağrısını sadə mədə problemi kimi qiymətləndirərək evə göndəriblər. Halbuki həmin an xəstənin apandisiti partlamaq üzrə olub.

Ağrıları davam edən xəstə Groka əlamətlərini izah etdikdən sonra süni intellekt onun təcili şəkildə xəstəxanaya qayıtmasını tövsiyə edib. Xəstə bu tövsiyəyə əməl edərək yenidən xəstəxanaya müraciət edib və aparılan müayinə nəticəsində iltihablı apandisit aşkar olunub. Altı saat sonra əməliyyat olunan xəstə ertəsi gün tam sağlam halda evə buraxılıb. Bu hadisə süni intellektin tibbdə nə qədər önəmli rol oynaya biləcəyini bir daha göstərib. Gələcəkdə süni intellektin səhiyyə sahəsində daha geniş istifadə olunacağı gözlənilir.

Mənbə: Nuvemmag.com

Tərcümə etdi: Fidan Mənsimova

 


Paylaş
Şərh əlavə et