Bu gün:

Ev heyvanlarında yeni infeksiya


Alimlər heyvanlarda ciddi infeksiyalar törədə bilən və insan üçün də potensial təhlükə yarada bilən yeni bakteriya növü aşkar ediblər.

Tədqiqatçılar ilk dəfə xəstə itdən "Rickettsia finnyi" adlı yeni bakteriyanı aşkarlayıblar və onu laboratoriyada uğurla kultivasiya ediblər. "Emerging Infectious Diseases" jurnalında: "Genomun tam ardıcıllığının təhlili göstərib ki, bu, ayrı bir növdür və genetik olaraq Qaya dağları ləkəli qızdırma törədicilərinə yaxındır,"- deyə bildirilib.

Bakteriya heyvanlarda klinik şəkildə yüksək hərarət, zəiflik və aşkar trombositopeniyani əhatə edib. Patogenin daşıyıcısının "ulduz burunlu" gənə olduğu güman edilir.

Mənbə: abnews.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et