Alimlər heyvanlarda ciddi infeksiyalar törədə və insan üçün də potensial təhlükə yarada bilən yeni bakteriya növü aşkar ediblər.

Tədqiqatçılar ilk dəfə xəstə itdən Rickettsia finnyi adlı yeni bakteriyanı aşkar edib və onu laboratoriyada uğurla kultivasiya ediblər. Genomun tam ardıcıllığının təhlili göstərib ki, bu, ayrı bir növdür və genetik olaraq Qaya dağları ləkəli qızdırma törədicilərinə yaxındır.
Heyvanlarda klinik şəkil yüksək hərarət, zəiflik və aşkar trombositopeniyani əhatə edirdi. Patogenin daşıyıcısının "ulduz burunlu" gənə olduğu güman edilir.
Mənbə: abnews.ru
Tərcümə etdi: Aysel Mehtizadə
