Avstraliyalı dizayner Dion Li 2024‑cü ildə öz adını daşıyan markasını bağladıqdan sonra 2025‑ci ildə tamamilə yeni brendi olan “HÆLO”nu təqdim edib.
“HÆLO” dizayneri Dion Lin ilk kolleksiyasında “angelik” və “gotik” motivləri birləşdirərək unikal sintez yaradıb. Kolleksiyada incə tikimlər, detallı qalstuk kəsimlər, dəri materiallar və “heykəlləşdirilmiş” siluetlər bir araya gətirilib.
Estetik baxımdan Dion Linin tanınmış “kəsim + konstruktsiya” yanaşması qorunub saxlanılır, lakin əvvəlki sərt forma yerini yüngül və nəzakətli siluetlərlə əvəzləyib. Bu, dizaynerlikdə ənənəvi yay, payız və qış dövrlərindən asılı olmayan, daha sərbəst və fərdi modellərə keçidin nümunəsi sayılır.
Kolleksiya hazırkı moda bazarında cəld, fərdi yanaşma və estetik yenilik axtaran alıcılar üçün nəzərdə tutulub. “HÆLO” məhsullarını birbaşa alıcıya təqdim edir. Bu, ənənəvi butiklər və mövsüm yayımı ilə bağlı məhdudiyyətlərdən asılı deyil.
Mənbə: vogue.com
Tərcümə etdi: Şehrin Musayeva
