Nəqliyyat eksperti Aslan Əsədov payız fəslində yol-nəqliyyat hadisələrinin artmasının səbəblərini açıqlayıb.
Ekspertin sözlərinə görə, Biləsuvarda və Qobu qəsəbəsi ərazisində baş verən qəzalarda 8 nəfərin həyatını itirməsi bunun əsas göstəricisidir.
Ekspert qəza səbəblərini aşağıdakı kimi sıralayıb:
Nəqliyyat vasitəsinin idarə edilməsində səhvlər və idarəetmənin itirilməsi;
Ara məsafəsinin düzgün saxlanılmaması;
Sürücünün nəqliyyat vasitəsini idarəetmə bacarığının yetərli olmaması;
Yol çıxışı üçün vaxtın düzgün seçilməməsi;
Yol infrastrukturu ilə tanış olmamaq;
Yol infrastrukturunun əks etdirici elementlərlə yetərincə təmin edilməməsi. Məsələn, körpü və yolların rəng əks etdirici boyalarla işarələnməsi.
Aslan Əsədov bildirib ki, bu faktorlar sürət həddi 90 km/saat olsa belə qəzaların riskini artırır. Onun sözlərinə görə, sürücülərin diqqətli olması və infrastrukturun təkmilləşdirilməsi payız qəzalarının qarşısını almaq üçün vacibdir.
Nuray Əliyeva
