Bu gün:

"Paramount Skydance" "Warner Bros Discovery" üçün birbaşa 30 dollar təklif edib


"Paramount Skydance" Netflixin yalnız studiya və yayım bölməsini almasına baxmayaraq, "Warner Bros Discovery"ni tam almaq üçün səhmdarlara hər səhm üçün 30 dollar təklif edib. Əməliyyatın dəyəri 108,4 milyard dollar təşkil edir.

Netflixin cümə günü təqdim etdiyi təklif isə hər səhm üçün 27,75 dollar olub və yalnız studiya və yayım əməliyyatlarını əhatə edib; şirkətin ənənəvi televiziya aktivləri, o cümlədən CNN, bu razılığa daxil edilməyib.


David Ellison və onun atası Larri Ellison tərəfindən maliyyələşdirilən "Paramount Skydance" Netflixin təklifini "daha zəif" adlandırıb və bildirib ki, tam nağd təklif səhmdarlar üçün daha yüksək dəyər yaratmaqla yanaşı, tənzimləyici təsdiqi əldə etməyi də asanlaşdırır.


Şirkət əvvəlki bir neçə təklifini rədd etdikdən sonra bazar ertəsi səhmdarlara ünvanlanan bu yeni təklifin “ən cəlbedici və üstün əməliyyat variantı” olduğunu vurğulayıb.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et