Yeni qayda “Evsiz heyvanlarla bağlı tədbirlər və prosedurlar” dairəvi məktubunun bir hissəsinə çevrilib. Sənəd İstanbul sakinlərinin küçə itlərini ictimai yerlərdə — hava limanları, parklar, uşaq oyun meydançaları, tibbi müəssisələr və məktəblərin yaxınlığında qidalandırmasını qadağan edir.

Mütəxəssislər bildirirlər ki, bu tədbir gəmiricilərin sayını azaltmağa, ətraf mühitin çirklənməsini minimuma endirməyə və yerli sakinlərin sağlamlığı üçün riskləri azaltmağa kömək edəcək. Lakin şəhər sakinləri və qonaqlar nəzərə almalıdır ki, qadağa yalnız idarəsiz və kütləvi qida verməyə aiddir; heyvanlara ümumi kömək etmək qadağan olunmur.
İstanbul Bələdiyyəsi evsiz heyvanlar üçün təbii yaşayış mühitləri yaratmaq və yeni sığınacaqlar tikmək üçün torpaq sahələri ayıracaq. Qubernator administrasiyası layihələrin planlaşdırılmasını və tenderlərin keçirilməsinin təcili tamamlamasını tələb edib. Dairəvi məktub, həmçinin evsiz itlərin tutulması, sterilizasiyası, reabilitasiyası və xüsusi yerlərə köçürülməsi işlərinin sürətləndirilməsini vurğulayıb.
İstanbul qubernatorluğu administrasiyası bütün yerli hakimiyyət orqanlarını və şəhər sakinlərini yeni qaydalara ciddi riayət etməyə çağırıb ki, şəhər daha təhlükəsiz və harmonik bir mühitə sahib olsun.
Mənbə: limon.postimees.ee
Tərcümə etdi: Aysel Mehtizadə
