Bu gün:

Dünyanın ən böyük meqapolisi


BMT-nin Dünya Urbanizasiya Prospektləri 2025 hesabatına əsasən, İndoneziyanın paytaxtı Cakarta təxminən 42 milyon əhalisi ilə dünyanın ən böyük meqapolisidir. Tokio 33 milyon nəfərlə üçüncü yerə düşüb, Banqladeşin paytaxtı Dəkkə isə 40 milyon nəfərlə ikinci pilləyə yüksəlib. İlk onluqda Asiyadan kənar tək şəhər Qahirə olub.

BMT urbanizasiyanı iqlim fəaliyyəti, iqtisadi artım və sosial bərabərlik üçün “dəyişdirici qüvvə” adlandırır. Cakartanın böyüməsi ilə yanaşı, şəhərdə tıxac, hava çirkliliyi, daşqınlar və torpaq çökməsi kimi ciddi problemlər də artır.


Bu səbəbdən İndoneziya hökuməti paytaxtı Borneo adasında tikilən Nusantara şəhərinə köçürməyi planlaşdırsa da, layihə maliyyə və tikinti gecikmələri səbəbindən ləngiyir.


Mənbə: Sözcü

Tərcümə etdi: Asiya Zeynallı


Paylaş
Şərh əlavə et