Bu gün:

Sağlam yaşama aparan sadə yol


Vigorous Intermittent Lifestyle Physical Activity (VILPA) adlanan qısa və güclü hərəkət partlayışları insanların sağlam yaşamasına kömək edə bilib. Araşdırmalar göstərib ki, gündə cəmi bir neçə dəqiqəlik sürətli hərəkət belə ürək-damar sağlamlığına müsbət təsir edir. Bu yanaşma idman üçün vaxt tapa bilməyən insanlara görə daha əlçatan hesab olunur.


Alimlərin apardığı tədqiqatlara görə gündə 3–4 dəqiqəlik qısa və sürətli fəaliyyət ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Məsələn, pilləkənləri qaçaraq qalxmaq, ev işlərini daha enerjili yerinə yetirmək və ya sürətli addımlarla gəzmək VILPA-nın gündəlik nümunələridir. Bu mikrohərəkətlər qanın dövranını yaxşılaşdırır, əzələlərin aktivliyini artırır və iltihabın azalmasına kömək edir. Tədqiqatçılar hesab edirlər ki, insanlar bu cür kiçik hərəkətlərə başlayaraq daha sağlam həyat tərzinə keçid edə bilərlər. Gündəlik fəaliyyətlərə bir az daha enerji qatmaqla xəstəliklərin qarşısını almaq və daha uzun yaşamaq mümkündür.

Mənbə: BBC News                                                                     

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et