"International Living" jurnalı 2026-cı il üçün Qlobal Təqaüd İndeksini açıqlayıb və reytinqdə Yunanıstanın lider seçilməsi, təqaüdçülərin daha əlverişli və rahat yaşayış axtarışı fonunda diqqət çəkib.

1950-ci illə müqayisədə bu gün insanlar orta hesabla 20 il daha uzun yaşayır və ömrün son onilliklərini başqa ölkədə keçirmək istəyənlərin sayı artır. Evi satmaq, dost və ailədən uzaqlaşmaq və yeni ölkədə həyata başlamaq isə ciddi düşünmə tələb edən böyük addımdır.
2026-cı il üçün reytinqin birinci pilləsinə Cənubi Avropanın günəşli bölgəsində yerləşən, minlərlə adası ilə turistlərin sevimli istiqamətlərindən biri olan Yunanıstan yüksəlib. Jurnalın analitikinə görə, ölkə daimi yaşayış üçün də ideal şərait təklif edir.
"International Living"in baş redaktoru Cennifer Stivens Yunanıstanın liderliyini belə şərh edib: "Yunanıstanın birinci yerə qalxması Avropanın təqaüd mənzərəsində dəyişiklik deməkdir. Uzun illər Portuqaliya və İspaniya siyahıda ilk pillələri tuturdu, lakin son viza dəyişiklikləri və artan xərclər təqaüdçüləri başqa alternativlərə yönləndirib. Yunanıstan isə insanların axtardığını təklif edir – gözəl, qonaqpərvər, münasib xərclərlə əlçatan Avropa ölkəsi və hər mənada zəngin bir həyat tərzi".
Mənbə: CNN News
Tərcümə etdi: Emiliya Vəlicanova
