Bu gün:

Rusiyada baytar xidmətləri bahalaşıb


Rusiyada baytar xidmətlərinin qiyməti son vaxtlar 15–20% artıb. Bunu Maliyyə Universitetinin dosenti Yelena Voronova bildirib. O, qiymət artımını mütəxəssis çatışmazlığı, dərmanların bahalaşması və məcburi prosedurların siyahısının genişlənməsi ilə əlaqələndirib.

Ekspert qeyd edib ki, bu gün illik baytar müayinəsi təkcə peyvəndləmə ilə məhdudlaşmır. Bu müayinəyə qan analizləri, USM, həmçinin yaşlı heyvanlar üçün dişlərin təmizlənməsi də daxildir.

Qiymət artımının digər səbəbi isə bir çox dərmanların (antibiotiklərin, hormon və sakitləşdirici preparatların) yalnız reseptlə verilməsi qaydasıdır. Bu, heyvan sahiblərini əlavə olaraq həkimə müraciət etməyə məcbur edir.

Bundan başqa, idxal preparatlarının çatışmazlığına görə peyvəndlərin, həmçinin rentgen, KT, MRT və laborator diaqnostika kimi xidmətlərin də qiyməti əhəmiyyətli dərəcədə artıb.

Mənbə: life.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et