Bu gün:

Kubanda sahibsiz heyvanlarla bağlı qaydalar dəyişir


Kuban rəhbərliyi aqressiv küçə heyvanlarının təkrar tutulmasını və onların əvvəlki yaşayış yerlərinə buraxılmasının qadağan edilməsini təklif edir. Bu barədə düzəlişlər ZSK-nın iclasında müzakirə olunub. Hazırda bölgədə “tutma–sterilizasiya–vaksinasiya–geri buraxma” proqramı tətbiq olunur.

ZSK komitə sədri Aleksandr Ceyus bildirib ki, aqressiv heyvanların və insanlar üzərinə hücum faktları qeydə alınmış itlərin yenidən tutulması təklif olunur. Həmçinin belə heyvanlara nəzarətin yaradılması planlaşdırılır. Bu onların saxlanması, baytarlıq yardımı və qayğı ilə təmin olunmasını nəzərdə tutur.

Qeyd edək ki, regionda it hücumlarının sayı artıb. Dekabrın 1-də Krasnodarda “Bolqariya” kinoteatrının yaxınlığında sahibsiz it bir qadını dişləyib, faktla bağlı cinayət işi açılıb. Çeremuşki mikrorayonunun sakinləri də dəfələrlə Burasqskaya, Stasova, Novaya və digər küçələrdə uşaqlara hücumlarla bağlı polisə müraciət ediblər. Son həftələrdə zərərçəkənlər arasında 11–14 yaşlarında dörd uşaq var.

Mənbə: kubnews.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et