Az yatmağın ürək sağlamlığı üçün ciddi təhlükə yaratdığı bildirilib. Mütəxəssislərin sözlərinə görə, gündə 7 saatdan az yuxu ürək və damar xəstəliklərinin yaranma riskini artırır. Buna görə də yuxu rejiminin düzgün olması sağlam həyat üçün böyük əhəmiyyət daşıyır.
Kardioloq Serkan Kahraman qeyd edib ki, keyfiyyətsiz və az yuxu qan təzyiqinin və ürək ritminin normal tənzimlənməsinə mane olur. Bu vəziyyət ürək damarlarında tıxanma, ritm pozğunluğu və ürək çatışmazlığı ehtimalını yüksəldir. Gec yatmaq, ağır yeməklər və kofein qəbulu isə yuxu keyfiyyətini daha da aşağı salır.
Mütəxəssislər yaxşı yuxu üçün gündəlik fiziki aktivliyin və sağlam qidalanmanın vacib olduğunu vurğulayıblar. Siqaret, kofein və ağır yeməklərdən uzaq durmaq keyfiyyətli yuxuya kömək edir. Nizamlı yuxu rejimi həm ürək sağlamlığını qoruyur, həm də ümumi həyat ritmini yaxşılaşdırır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova

