Bu gün:

Saqqız udsanız nə olar? Doğrudanmı, uzun müddət bağırsaqlardan çıxmır?


Saqqız çeynəyərkən təsadüfən və ya bilərəkdən udula bilər. Bəzi iddialara görə, saqqız həzm oluna bilmədiyi üçün uzun müddət insanın bağırsaqlarını tərk etmir. Bəs həqiqətən saqqız udduğunuzda nə baş verir? 

 Saqqız həzm edilə bilər, amma... 

Bir çox insanlar saqqızın udulduğu təqdirdə bağırsaqlarda qalacağından narahatdırlar.

Ancaq bu əfsanə həqiqətə uyğun deyil. Sübut olunub ki, saqqız mədəyə yapışmır və həzm yolundan keçir. Ancaq saqqız mədədən keçdiyi üçün bəzi problemlər yarada bilər. 

Həzm sisteminə neqativ təsir edir.

  Adətən, qeyri-təbii materiallardan hazırlanan saqqız çeynədikdə həzm sisteminə mənfi təsir göstərə bilər. Bağırsaq hərəkətləri yavaşlaya bilər, qaz, şişkinlik və qəbizliyə səbəb ola bilər.

 Qida maddələrinin sorulmasına maneə olur.

Həmçinin saqqız çeynəyərkən bəzi qida maddələrinin sorulmasının qarşısını alır. Bu səbəblərdən mütəmadi olaraq saqqız çeynəmək də bədəninizin əsas qida maddələrini mənimsəməsinə maneə olur. Buna görə də yeməkdən dərhal əvvəl və ya sonra saqqız çeynəmək mütəxəssislər tərəfindən tövsiyə edilmir.  

 Bağırsaqları tıxaya bilər.

Saqqız udulduqda mədə turşusu tərəfindən tam parçalanmaya bilər və bağırsaqlarda yapışqan bir yığın halında qala bilər. Bu, bağırsaqları bağlamağa səbəb olur. Bununla belə, bədəniniz onu zamanla həzm edir. Əgər tez-tez saqqız çeynəmək vərdiş halına salınarsa, problem daha da böyüyə bilər. Bağırsaqlar ciddi şəkildə bağlana bilər, buna görə də tövsiyə edilmir.

Mənbə: Habertürk

Tərcümə: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et