Bu gün:

Panik atak ilə infarkt arasındakı fərqlər


"Panik atak keçirirəm, yoxsa infarkt olur?” sualı çoxlarını narahat edir. Çünki hər iki vəziyyət bir-birinə bənzər əlamətlər göstərir. Lakin onların arasında mühüm fərqlər var.

İnfarktın əsas əlamətləri

1. Döş qəfəsinin ortasında sıxılma, basqı, yanma hissi

2. Ağrının sol qola, boyuna, çənəyə və ya kürəyə yayılması

3. Soyuq tər, ürəkbulanma, nəfəs darlığı

4. Ani halsızlıq və güclü ölüm qorxusu hissi

Bu iki vəziyyətin ortaq cəhətləri çarpıntı, nəfəs darlığı və göyüs sıxılmasıdır. Lakin bəzi fərqlər hər iki halı ayırd etməyə imkan verir.

Fərqlər nələrdir?

1. Panik atakda ağrı daha çox iynəbatması kimi qısa və dəyişkən olur.

2. İnfarktda isə ağrı davamlı, ağırlaşdırıcı və basqı xarakterlidir.

3. Atak zamanı nəfəs çox sürətlənir (hiperventilasiya), bu da başgicəllənmə və əllərdə qıcıqlanma yaradır.

4. Panik atakda aparılan EKQ (Elektrokardioqram – ürəyin elektrik fəaliyyətini ölçən müayinə) adətən normal nəticə göstərir.

Bu səbəbdən şübhə yarandıqda “panik atakdır” deyə vəziyyəti yüngülləşdirmək olmaz. Çünki infarkt bəzən səssiz şəkildə də inkişaf edə bilər. Bir neçə EKQ normal çıxa bilər, amma həkim nəzarəti yenə də vacibdir.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et